İndoneziya iqtisadiyyatı sürətləndi

Dünya

05.08.2025 12:51

İndoneziya iqtisadiyyatı 2025-ci ilin ikinci rübündə illik müqayisədə 5.12 faiz artaraq əvvəlki rübdəki 4.87 faizlik göstəricini üstələyib.

TodayPress TV xəbər verir ki, bu barədə İndoneziya Statistika İdarəsi (BPS) çərşənbə axşamı açıqlama yayıb.

İdarənin balans və statistik təhlil üzrə sədr müavini Edi Mahmud bildirib ki, 2025-ci ilin ikinci rübündə ölkənin cari qiymətlərlə ümumi daxili məhsulu (ÜDM) 5.947 trilyon rupiya təşkil edib.

İstehsal sahəsində ən böyük artım 11.31 faizlə digər xidmətlər sektorunda qeydə alınıb. Bu sektoru korporativ xidmətlər (9.31 faiz), nəqliyyat və anbarlaşdırma (8.52 faiz), eləcə də yerləşdirmə və ictimai iaşə xidməti (8.04 faiz) izləyib.

Xərclər baxımından isə malların və xidmətlərin ixracı 10.67 faiz artaraq əsas artım mənbəyi olub. Qeyri-kommersiya təşkilatlarının xərcləri 7.82 faiz, əsas kapitala investisiyalar isə 6.99 faiz yüksəlib.

Cava adasındakı vilayətlər 5.24 faizlik iqtisadi artım tempi ilə ölkənin iqtisadi inkişafında əsas rolu qoruyub və ümumi milli ÜDM-nin 56.94 faizini təşkil edib.

Qiymət Mahir

tag: İndoneziya,Cava ,İqtisadiyyat,ÜDM,Todaypress.tv,