Husilər Təl-Əvivə "hipersonik ballistik raket" zərbəsi endirib?
Dünya
13.09.2025 10:30
Husilər Təl-Əvivə "hipersonik ballistik raket" zərbəsi endirdiyini iddia edirlər
Üsyançıların təşkil etdiyi silahlı qüvvələrin sözçüsü Yəhya Sariya bildirib ki, əməliyyat uğurlu olub.
TodayPress TV xəbər verir ki, bu barədə “Gazeta” nəşri məlumat yayıb.
“ “Ənsar Allah” üsyançı hərəkatından olan Yəmən husiləri Təl-Əvivdə bir neçə hədəfə “hipersonik ballistik raket”lə hücum ediblər”, - üsyançıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Saria bildirib.
Hərəkatın nümayəndəsi həmçinin deyib:
"Yəmən silahlı qüvvələrinin raket qüvvələri çoxlu döyüş başlığına malik Fələstin-2 hipersonik ballistik raketindən istifadə edib. Sözügedən raket işğal altındakı Yaffa bölgəsində bir neçə həssas hədəfi vurub”.
Orxan Saffari
tag: Husilər,Təl-əviv,Raket,Zərbə,Todaypress.tv,