Hindistanda partlayıcı qurğu mülki şəxsləri yaraladı
Dünya
30.05.2025 16:37
Hindistanın Çhattisqarh ştatında Naxallar tərəfindən yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində azı üç mülki şəxs, o cümlədən bir yeniyetmə yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.
Hadisə mayın 30-u səhər saatlarında ştatın Bijapur bölgəsinin Madded ərazisindəki Bandepara kəndi yaxınlığında baş verib. Partlayışın baş verdiyi yer ştatın paytaxtı Raypur şəhərindən təxminən 467 km cənubda yerləşir.
“Bu səhər üç nəfər piyada yolla hərəkət edərkən təsadüfən Naxallar tərəfindən yerləşdirilmiş İED (improvizə edilmiş partlayıcı qurğu) üzərinə basıblar. Partlayış nəticəsində onların ayaqları və sifətləri ciddi şəkildə yaralanıb”, – deyə polis əməkdaşı bildirib.
Yaralanan şəxslər dərhal Bijapur rayon xəstəxanasına çatdırılıb.
Qiymət Mahir
tag: Hindistan,Bandepara,Raypur ,Polis,todaypress.tv,