Gürcüstanda məhbuslar yeni üsulla yoxlanılacaq
Dünya
12.06.2025 14:32
Gürcüstan Ədliyyə Nazirliyi məhbusların həbsxanaya qəbulu zamanı tətbiq olunacaq yeni yoxlama qaydalarını təsdiqləyib.
TodayPress TV xəbər verir ki, yeni qaydalara görə, məhkumlar ya skaner, ya da şəxsi yoxlama yolu ilə yoxlanılacaq.
Əgər skaner yoxdursa, məhbus imtina edərsə və ya skaner şübhəli əşya aşkar edərsə, şəxsi yoxlama aparılacaq.
Tam yoxlama zamanı məhbus soyuna bilər və ya bədəninin müəyyən hissələrini açmalıdır. Sarğılar və yaralar yalnız tibb işçiləri tərəfindən, bədən daxilində əşyalar isə məxfi otaqda yoxlanılacaq.
Rəsmi məlumata görə, 2025-ci il mayın 1-nə Gürcüstan həbsxanalarında 9 058 məhbus var, onlardan 402-si qadındır. Həbsxanalar 73,5% doludur. Yeni qaydalar məxfilik və insan hüquqlarının qorunmasını hədəfləyir.
Türkan İsgəndərli
tag: Gürcüstan,Məhkum,Həbs,Yoxlanış,Todaypress.tv,