Gürcüstanda Almaniyadan gətirilən 108 ton toyuq əti məhv edildi

Dünya

14.06.2025 17:45

Gürcüstanın Poti limanına c daxil olan iri partiya toyuq əti standartlara cavab vermədiyi üçün məhv edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın Gəlirlər Xidməti məlumat yayıb. 

Bildirilib ki, gömrük əməkdaşları tərəfindən yoxlanılan dörd yük avtomobilində ümumilikdə 108 min kiloqram dondurulmuş toyuq əti aşkarlanıb və məhsulun təhlükəsizlik normalarına uyğun gəlmədiyi müəyyən olunub.

Rəsmi açıqlamaya görə, daşınma zamanı ciddi temperatur rejimi pozulub və bu da məhsulun qismən əriməsinə səbəb olub. Nəticədə, sanitar norma pozuntuları qeydə alındığından, ətin məhv edilməsi qərara alınıb.

Qiymət Mahir

tag: Gürcüstan,Almaniya,Gömrük,Ət,Todaypress.tv,