Gürcüstan Polşanı ittiham etdi
Dünya
12.06.2025 12:46
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Polşanın Baş naziri Donald Tusk və xarici işlər naziri Radoslav Sikorskini keçmiş prezident Mixail Saakaşvilinin maraqlarına lobbiçilik etməkdə ittiham edib.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Papuaşvili bildirib ki, Tusk və Sikorski Saakaşvilini dəstəkləməklə Gürcüstanın daxili işlərinə qarışır və onu "nümunəvi demokrat" kimi təqdim edirlər.
Bu açıqlama Tuskun Polşanın Aİ tərəfdaşlarını Gürcüstana vizasız rejimin ləğvinə razı salmağa çalışacağını deməsindən sonra gəlib.
Xatırladaq ki, 2024-cü ilin mayında Gürcüstanın "xarici agentlər haqqında qanun" qəbul etməsi Aİ ilə münasibətləri gərginləşdirib.
Aİ Gürcüstan rəsmiləri üçün vizasız rejimi dayandırıb, bəzi ölkələr isə sanksiyalar tətbiq edib.
Türkan İsgəndərli
tag: Gürcüstan,Polşa,Aİ,Saakaşvili,todaypress.tv,