“Gürcü Arzusu” NATO və Aİ üzrə İnformasiya Mərkəzini ləğv etdi: "Əlvida!"

Dünya

25.07.2025 13:17

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyası NATO və Avropa İttifaqı (Aİ) üzrə İnformasiya Mərkəzini ləğv edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Gürcüstan ilk dəfə NATO-ya inteqrasiya məsələsini keçmiş sovet diplomatı və ölkənin ikinci prezidenti Eduard Şevardnadze dövründə gündəmə gətirmişdi. O, bu addımı Vaşinqton və Moskva arasında siyasi balans üçün fürsət kimi görürdü.

Üçüncü prezident Mixeil Saakaşvili isə NATO-ya üzvlüyü milli missiya səviyyəsinə qaldıraraq 2008-ci ildə ölkədə referendum təşkil etmişdi. Səsvermədə seçicilərin 77%-i NATO üzvlüyünə “bəli” demişdi. Lakin aradan 17 il keçməsinə baxmayaraq, Gürcüstan hələ də bloka qəbul olunmayıb.

Ölkə bu illər ərzində yalnız ümidlərlə kifayətlənməyib, həm də NATO-nun maraqları naminə Əfqanıstan və İraqda hərbi əməliyyatlarda iştirak edib. Buna baxmayaraq, NATO-nun 2024-cü il yekun hesabatında Gürcüstanın üzvlüklə bağlı perspektivlərinə heç bir yer ayrılmayıb.

Beləliklə, uzun müddətdir fəaliyyətsiz qalan qurum bağlanaraq, Gürcüstanın hərbi bloka üzv olmaq uğrunda illərlə davam edən, lakin nəticə verməyən cəhdlərinə rəsmi olaraq nöqtə qoyulub.

Töhfə Səməd

tag: Gürcüstan,NATO,Avropa İttifaqı,İnformasiya Mərkəzi,Todaypress.tv,