Finlandiya Rusiya ilə sərhəddə hərbi təlimlər keçirəcək
Dünya
30.10.2025 19:00
Finlandiya Quru Qoşunları bildirir ki, noyabr-dekabr aylarında ölkə ərazisində, o cümlədən Rusiya ilə həmsərhəd bölgələrdə, təxminən 15 min əsgərin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçiriləcək.
TodayPress TV xəbər verir ki, təlimlərin məqsədi çağırışçılar, ehtiyatda olan hərbi qulluqçular və ordunun şəxsi heyətinin müharibə dövründə vəzifələrini yerinə yetirməyə hazır olmasını təmin etməkdir.
Təlimlərdə müttəfiq ölkələrin qoşunları da iştirak edəcək. Məşqlər NATO-nun Finlandiyada hərbi infrastrukturunu gücləndirməsi fonunda keçirilir. Sentyabrın 1-dən Mikkeli şəhərində, Rusiya sərhədindən 140 km aralıda, NATO Quru Qoşunlarının Regional Komandanlığının qərargahı fəaliyyət göstərir.
Burada ilkin olaraq 10 zabit, daha sonra isə 50 nəfərlik şəxsi heyət olacaq. Yeni struktur NATO-nun şimal bölgəsində quru qoşunlarının idarə olunması, milli orduların hərəkətlərinin əlaqələndirilməsi və təlimlərin birgə planlaşdırılması ilə məşğul olacaq.
Türkan İsgəndərli
tag: Finlandiya,Rusiya,Təlim,Hərbi,Todaypress.tv,
