Filippin ABŞ-dən tarifləri azaltmasını tələb edir

Dünya

24.07.2025 12:23

Filippin, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi 19%-lik ticarət tariflərinin 15%-ə endirilməsini gözləyir. 

TodayPress TV xəbər verir ki, bu barədə Filippinin ABŞ-dəki səfiri Xose Manuel Romualdez bildirib.

Səfir qeyd edib ki, Tramp tarif endiriminin maksimum 15% olacağını deyib və bütün ölkələr bu səviyyəyə çatmağa çalışır.

Qeyd edək ki, yaxın zamanda ABŞ və Filippin arasında ticarət sazişi imzalanıb. Tramp bu razılaşmanı "Truth Social" şəbəkəsində elan edib. Sazişə əsasən Filippin açıq bazar və sıfır tarif siyasətinə əməl edəcək, Filippin mallarına ABŞ-də 19% rüsum tətbiq olunacaq, Hərbi sahədə də əməkdaşlıq planlaşdırılır.

Filippin prezidenti Ferdinand Markos bildirib ki, ölkəsi ABŞ-dən idxal edilən avtomobillərə tətbiq edilən tarifləri ləğv edəcək və ABŞ mallarının, xüsusilə soya, buğda və dərmanların idxalını artıracaq.

Qeyd edək ki, daha əvvəl Yaponiya və ABŞ da oxşar razılaşma əldə edərək tarifləri 15%-ə endirmək barədə razılığa gəliblər.

Türkan İsgəndərli

tag: Filippin,ABŞ,Tarif,Tramp,Todaypress.tv,