Fidan İtaliyaya gedəcək
Dünya
10.09.2025 15:59
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan sentyabrın 11-12-də İtaliyaya işgüzar səfər edəcək.
TodayPress TV xəbər verir ki, o, səfər zamanı İtaliyanın Baş nazir müavini və xarici işlər naziri Antonio Tajani ilə görüşəcək.
Görüşlərdə iki NATO müttəfiqi və strateji tərəfdaş Türkiyə ilə İtaliya arasındakı əlaqələrin əhəmiyyəti, yüksək səviyyəli qarşılıqlı səfərlərin faydaları müzakirə olunacaq. Fidan 40 milyard dollarlıq ikitərəfli ticarət həcmi hədəfinə çatmaq üçün əməkdaşlığın genişləndirilməsinin və Gömrük İttifaqının yenilənməsinin vacibliyini vurğulayacaq.
Nazir Aralıq dənizində enerji təhlükəsizliyi və əlaqə sahələrində əməkdaşlıq imkanlarını genişləndirməyi, bölgədə beynəlxalq hüquqa uyğun fəaliyyətin vacibliyini, eləcə də qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlığı önə çəkəcək.
Müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi, elm, texnologiya və innovasiya sahələrində birgə səylər, Türkiyə-Aİ və NATO çərçivəsində əməkdaşlıq, həmçinin Liviyada sülh və sabitlik mövzuları da müzakirə olunacaq.
Fidan, həmçinin Qəzzada soyqırımın dayandırılması üçün İsrailə təzyiqlərin artırılmasının vacibliyini, Suriya, Ukrayna, İran və Afrikadakı regional məsələləri də müzakirə edəcək.
Türkan İsgəndərli
tag: Hakan Fidan,İtaliya,Türkiyə,Səfər,Todaypress.tv,