Eyfel qülləsi etirazlar səbəbindən bağlandı

Dünya

18.09.2025 15:51

Fransada keçirilən genişmiqyaslı etiraz aksiyaları səbəbindən Eyfel qülləsi sentyabrın 18-də ziyarətçilər üçün bağlanıb. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumat abidənin rəsmi saytında yerləşdirilib.

Bildirilib ki, milli tətil ilə əlaqədar qüllə fəaliyyətini dayandırıb.

Fransanın daxili işlər naziri Bruno Retaillo həmin gün ölkə üzrə 230 etiraz aksiyasının keçirildiyini və 95 obyektin bloklandığını bildirib. Səhər saatlarında 58 nəfər saxlanılıb, onlardan 11-i Parisdədir.

Nümayişçilərin sayının ölkə üzrə 900 min nəfərə çata biləcəyi vurğulanır.

Qeyd edək ki, etirazlar hökumətin qənaət tədbirlərinə qarşı keçirilir və “Hər şeyi bağla” şüarı ilə təşkil olunub.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fransa,Eyfel,Etiraz,Aksiya,Todaypress.tv,