Ərdoğan: “Türkiyə müdafiə sənayesində böyük sıçrayış edib”
Dünya
25.07.2025 15:58
"Hazırda “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində əldə olunan uğurlar təkcə regionda deyil, qlobal miqyasda da Türkiyənin çəkisini artırdı".
TodayPress TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
“IDEF 2025” artıq dünyada öz yerini tutub. Müdafiə sənayesində əldə olunan uğurlar sayəsində ciddi sayda sifarişlər qəbul etməyə başlamışıq. Bu, bizim üçün böyük uğurdur”.
Ərdoğan bildirib ki, hakimiyyətə gəldikləri vaxt müdafiə sənayesinin potensialı 20 milyard dollar civarında idi:
“İndi isə bu rəqəm 80 milyard dollara çatıb. Daha da güclü mövqeyə gələcəyik. Müdafiə sənayesində güclü olmayan ölkə beynəlxalq mübarizədə uğur qazana bilməz”.
Töhfə Səməd
tag: IDEF 2025,Müdafiə,Türkiyə,Rəcəb Tayyip Ərdoğan,Todaypress.tv,