Deputat: "ABŞ ilə münasibətlərin bərpası prosesi yaxşı gedir"
Dünya
30.05.2025 16:21
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynada sülhün bu il ərzində əldə olunmasının mümkün olduğunu bildirib. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitə sədr müavini Aleksey Çepa isə bu fikirlə razı olduğunu deyib.
TodayPress TV xəbər verir ki, Çepa bu barədə “Gazeta.Ru”ya açıqlamasında danışıb:
“Düşünürəm ki, o haqlıdır. Bunun üçün bütün imkanlar var. Bəzi Avropa ölkələrinin müqavimətini görürük. Makronun və Starmerin mövqeyi bəllidir, amma bu məsələlər həll olunur. Məncə, bu məsələ artıq həllini tapıb”.
Deputat həmçinin Vladimir Putinlə Donald Tramp arasında görüşə hazırlıq getdiyini təsdiqləyib və Rusiya ilə ABŞ arasında münasibətlərin bərpası istiqamətində diplomatik fəaliyyətlərin davam etdiyini vurğulayıb.
“Artıq Rusiya ilə ABŞ arasında münasibətlərin yenidən yüklənməsi prosesi başlayıb. Tramp administrasiyası ilə daim görüşlər keçirilir. Müxtəlif platformalarda artıq iki dəfə məhkum mübadiləsi etdik. Səfirlərimiz uğurla işləyirlər. Söhbət müəyyən diplomatik münasibətlərin bərpasından gedir. Bu proses sürətli deyil”, – deyə deputat bildirib.
Qiymət Mahir
tag: Deputat,Rusiya ,ABŞ ,Vladimir Putin,todaypress.tv,