Çində tullantı yandırmaq üçün xammal tükəndi
Dünya
14.09.2025 22:20
Çində tullantı yandırma zavodları üçün kifayət qədər xammal qalmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Buna səbəb kimi ölkədə istehlak templərinin zəifləməsi, əhalinin azalması və tullantıların idarə olunmasında yeni yanaşmalar göstərilir. Nəşr xatırladır ki, 10 il əvvəl “zibil mühasirəsi” ilə üzləşən Çin şəhərlərində iri tullantı yandırma zavodlarının tikintisinə milyardlarla dollar sərmayə qoyulub.
İndi isə bu zavodların gücü faktiki olaraq mövcud tullantı həcmini üstələyir. Nəticədə isə bəzi müəssisələr fəaliyyətini dayandırmalı olur, bəziləri də tullantı almağa məcbur qalır.
Qeyd edək ki, tullantıların tərkibi mövsümlə dəyişir və bu, onların yandırılma prosesinə birbaşa təsir edir.
Türkan İsgəndərli
tag: Çin,Tullantı,Zavod,Yandırmaq,Todaypress.tv,