Çində güclü yağışlar can almağa davam edir

Dünya

29.07.2025 11:13

Çində bir neçə gündür davam edən güclü yağışlar nəticəsində ölüm faktları qeydə alınmağa davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə "CGTN" məlumat yayıb.

Bildirilib ki, paytaxt Pekində yağan intensiv yağışlar şəhər həyatını ciddi şəkildə iflic edib.

Rəsmi rəqəmlərə görə, güclü yağışlar nəticəsində baş verən sel və təbii fəlakətlər Pekinin Miyun rayonunda 28, Yançınq rayonunda isə 2 nəfərin ölümünə səbəb olub.

Aramsız yağan leysanlar yolların zədələnməsinə və bəzi bölgələrdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Hazırda şəhərdə selə qarşı mübarizə tədbirləri gücləndirilib. İtkin düşən şəxslərin axtarışı və xilasetmə işləri davam edir. Hadisə bölgələrinə xilasedici qruplar və humanitar yardım ləvazimatları göndərilib.

İndiyədək 80 min 332 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

Töhfə Səməd 

tag: Çin,Leysan,Yağış,Ölüm,Todaypress.tv,