Çin G7-ni ticarət qaydalarının qorunmasına çağırır

Dünya

30.10.2025 17:30

Çin bazar iqtisadiyyatı prinsiplərini və beynəlxalq ticarət qaydalarını qorumağa, həmçinin beynəlxalq ticarət nizamının pozulmasına son qoymağa çağırır.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib.

Onun sözlərinə görə, G7 ölkələri (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ) Çinin bazarda hökmranlığına qarşı durmaq üçün mineral hasilatı üzrə alyans yaratmağa hazırlaşır. Quo Jiakun bu təşəbbüsü tənqid edərək, G7-ni “dar çərçivəli” qaydalarla beynəlxalq ticarət nizamını pozmamağa çağırıb və dünya iqtisadiyyatının davamlı inkişafını təmin etməyə çağırıb.

O əlavə edib ki, Çinin ixrac nəzarət sisteminin təkmilləşdirilməsi beynəlxalq təcrübəyə uyğundur və həm dünya sülhü, həm də regional sabitliyin qorunmasına xidmət edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Çin,G7,Ticarət,İqtisadiyyat,Todaypress.tv,