Çexiyada isti səbəbindən sursat anbarı yandı
Dünya
03.07.2025 07:32
Çexiyanın şimal-qərbində, Litomerjiçe şəhəri ərazisində ordunun sursat anbarı yaxınlığında yanğın baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.
Məlumata görə, yanğının söndürülməsinə aviatexnikadan istifadə etməklə 12 yanğınsöndürmə briqadası cəlb olunub. Dörd hektar ərazini əhatə edən yanğının baş verdiyi ərazidəki köhnə döyüş sursatlarının partlaması vəziyyəti çətinləşdirir. Hakimiyyət fövqəladə vəziyyətin baş verdiyi əraziyə yaxın olan yaşayış məntəqələrinin sakinlərini meşədə gəzməkdən çəkinməyə çağırıb.
Qeyd edək ki, Çexiyada bu il 35 dərəcəyə çatan anomal istilər müşahidə olunur. Cümə axşamı, sinoptiklərin proqnozlarına görə, hava demək olar, 40 dərəcəyə qədər istiləşə bilər. Meşə yanğınları təhlükəsi artır.
tag: Çexiya, Sursat, Anbar, Hadisə, todaypress.tv,