Cənubi Koreya Şimal ilə münasibətləri yaxşılaşdırmağa çalışır
Dünya
21.07.2025 10:06
Cənubi Koreya Prezidenti Li Çje Myonun rəhbərliyi ilə Şimali Koreya ilə gərginləşmiş münasibətləri düzəltməyə çalışır.
TodayPress TV xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
İki ölkə texniki cəhətdən hələ də müharibə vəziyyətində olduğundan, münasibətlər son dövrlərdə xüsusilə zəifləyib.
Cənubi Koreyanın Birləşmə Nazirliyi Şimali Koreyaya turist səfərlərinin yenidən mümkün olması üçün yollar axtardıqlarını açıqlayıb. Nazirlik bildirir ki, Pxenyan rejiminə qarşı tətbiq edilən sanksiyalar fərdi qrup səfərlərinin təşkilinə mane olmur.
Xatırladaq ki, Cənubi koreyalı turistlər 2008-ci ilə qədər Şimali Koreyada yerləşən Kumqanq dağına səyahət edirdilər. Həmin ildən bu yana səfərlər ləğv olunub.
Töhfə Səməd
tag: Cənubi Koreya,Li Çje Myon,Şimali Koreya,Todaypress.tv,