Britaniyada Ukraynaya dəstəyə qarşı narazılıq artır
Dünya
30.06.2025 11:15
Böyük Britaniyada həm sağçı, həm də solçu vətəndaşlar Ukraynaya davam edən dəstəyə qarşı çıxaraq hökuməti sülh danışıqlarına çağırmağa başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Telegraph” nəşri yazıb.
Məlumata görə, Böyük Britaniya Dəmir yolu, Dəniz və Quru Nəqliyyatı İşçiləri Milli Həmkarlar İttifaqının nümayəndəsi bildirib ki, Ukraynada hərbi əməliyyatlara milyardlarla funt sterlinq ayırmaq sülhə deyil, əksinə, danışıqların çətinləşməsinə xidmət edir.
Həmkarlar ittifaqının London bölmələrindən birində təqdim olunan bəyanatda sosial xərclərin azaldılması və əhalinin həyat səviyyəsinin aşağı salınması hesabına Ukraynadakı müharibəyə dəstəyin artırılmasına qarşı çıxılır.
Sənəddə Britaniya hakimiyyətindən diplomatik, uzlaşdırılmış və dayanıqlı sülh razılaşması üçün məsuliyyət götürməsi tələb olunur.
Qiymət Mahir
tag: Britaniya, Ukrayna,London ,Etiraz,Todaypress.tv,