Böyük Britaniya telefon oğurluqlarında birinci yerdədir

Dünya

26.07.2025 19:15

Böyük Britaniya mobil telefon oğurluqları üzrə Avropada birinci yerdə qərarlaşıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "SquareTrade" şirkəti hesabatında bildirilib. 

Hesabat 12 Avropa ölkəsinin məlumatları əsasında hazırlanıb. Məlumata görə, Avropada qeydə alınan mobil telefon oğurluqlarının 39 faizi Böyük Britaniyada baş verir. Ölkədə bu göstərici 2025-ci ildə 2021-ci illə müqayisədə 425 faiz artıb. 

Oğurluqların ən çoxu Londonda qeydə alınıb. Ümumi halların 42 faizi bu şəhərdə baş verir. Bu isə o deməkdir ki, Avropada oğurlanan bütün mobil telefonların 16 faizi Londonda oğurlanır. İkinci yerdə isə Birmingem gəlir.

İngiltərə və Uels polisinin məlumatına görə, 2024-cü ildə küçə oğurluqları 50 faiz artaraq 483 minə çatıb və ən çox oğurlanan əşyalar mobil telefonlar olub. Təkcə Londonda 2024-cü ildə 70 137 mobil telefon oğurlanıb ki, bu da əvvəlki illə müqayisədə 40 faiz çoxdur. 

Ekspertlər bildirirlər ki, əslində bu rəqəm daha yüksək ola bilər, çünki bir çox qurbanlar oğurluq barədə polisə məlumat vermirlər

Türkan İsgəndərli

tag: Britaniya,Avropa,Telefon,Oğurluq,Todaypress.tv,