BMT humanitar yardımı kəskin şəkildə ixtisar etdi
Dünya
16.06.2025 12:10
Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada həyata keçirdiyi humanitar yardım fəaliyyətlərini ciddi şəkildə məhdudlaşdırmağa məcbur olduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.
Bildirilib ki, təşkilat tarixində ilk dəfə olaraq bu qədər böyük maliyyə kəsintiləri ilə üzləşib.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin verdiyi açıqlamaya görə, 2024-cü il üçün nəzərdə tutulan maliyyə ehtiyacı əvvəlki 44 milyard dollardan 29 milyard dollara endirilib.
BMT-nin maliyyələşməsi üzv dövlətlərin ödədiyi məcburi və könüllü ödənişlərdən formalaşır. Son illərdə bir sıra ölkələrin, xüsusilə də ABŞ-nin maliyyə dəstəyini əhəmiyyətli dərəcədə azaltması təşkilatın fəaliyyətinə ciddi təsir göstərib.
Məsələn, ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaqla bu qurumun da çətin vəziyyətə düşməsinə səbəb olub. Bu maliyyə azalmaları təkcə ÜST deyil, BMT-nin digər humanitar proqramlarını da risk altına salır.
Töhfə Səməd
tag: BMT,ABŞ,ÜST,Koordinasiya ,todaypress.tv,