Baliyə gələn turistlərin sayı 7 ayda 9 milyonu keçdi
Dünya
06.08.2025 19:15
İndoneziyanın əsas turizm məkanı olan Bali adasını bu ilin yanvar-iyul ayları ərzində 4 milyondan çox xarici turist ziyarət edib. Bu, ötən ilin eyni dövründə qeydə alınan 3,89 milyon göstəricidən yüksəkdir.
TodayPress TV xəbər verir ki, bu barədə Bali əyalətinin Turizm İdarəsinin rəhbəri İ Vayan Sumaracaya məlumat verib.
Onun sözlərinə görə, həmin dövrdə adaya 5 milyon yerli turist də səfər edib.
“2025-ci ilin yanvarından iyul ayına qədər Balidə 4 milyondan çox xarici turist, 5 milyon isə yerli ziyarətçi qeydə alınıb”, – deyə Sumaracaya Denpasarda keçirilən mətbuat konfransında bildirib.
Rəsmilər ümid edirlər ki, ilin sonunadək Baliyə gələn turistlərin ümumi sayı 2024-cü ildəki 6,4 milyon nəfərlik göstəricini ötəcək.
Qiymət Mahir
tag: İndoneziya,Turizm,Bali,Turist,Todaypress.tv,