Avstraliyalı jurnalist etiraz zamanı güllələndi
Dünya
09.06.2025 14:40
Avstraliya müxbiri Lauren Tomasi Los-Ancelesdə etiraz aksiyalarını işıqlandırarkən rezin güllə ilə vurularaq yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "9News" telekanalı məlumat yayıb.
Bildirilir ki, jurnalist və operator hazırda təhlükəsiz yerdədir və reportaj işlərinə davam edirlər.
Telekanal qeyd edib ki, güllələr ABŞ polisi tərəfindən atılıb. Hadisə, etiraz aksiyalarını işıqlandıran media nümayəndələrinin qarşılaşa biləcəyi riskləri bir daha gündəmə gətirib.
Los-Ancelesdəki etirazlar artıq üçüncü gündür davam edir. Nümayişlər, hakimiyyətin qeyri-qanuni mühacirləri kütləvi şəkildə saxlama qərarına qarşı keçirilir. Ağ Evin nümayəndəsi Stiven Miller bu aksiyaları "iğtişaş" adlandırıb və Los-Anceles polisini deportasiyalarda iştirakdan imtina etdiklərinə görə tənqid edib.
Türkan İsgəndərli
tag: Avstraliya,Müxbir,ABŞ,Polis,todaypress.tv,