Avstraliyada 253 kiloqram kokain ələ keçirildi
Dünya
10.06.2025 11:58
Avstraliya hakimiyyəti Brisben limanına daxil olmuş bir konteynerdə 253 kiloqram kokain ələ keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Avstraliya Federal Polisi (AFP) və Avstraliya Sərhəd Xidməti (ABF) birgə bəyanat yayıblar.
Hüquq-mühafizə orqanları 27 may tarixində dəniz yolu ilə gətirilmiş şübhəli konteyner barədə məlumat aldıqdan sonra Brisbendə gömrük nəzarəti həyata keçirilib. Rentgen müayinəsi nəticəsində konteynerdə uyğunsuzluqlar aşkarlanıb.
Daha sonra aparılan axtarış zamanı beş ədəd idman çantası içərisində ağ maddə aşkar olunub. Bu çantalar qanuni plastik qablaşdırma məhsullarının yerləşdiyi paletlərin üzərində gizlədilib.
AFP-nin laboratoriyasının ekspertizası həmin maddənin ümumilikdə 253 kiloqram saf kokain olduğunu və təxminən 82 milyon Avstraliya dolları (təqribən 53,5 milyon ABŞ dolları) dəyərində olduğunu müəyyən edib.
Qiymət Mahir
tag: Avstraliya,Brisben ,Kokain,ABŞ,todaypress.tv,