Avropada 32 saatlıq “heç yerə səyahət”

Dünya

11.06.2025 17:21

Almaniyanın “Condor” aviaşirkətinin sərnişinləri faktiki olaraq “heç yerə” səyahət ediblər — 32 saatlıq uçuşdan sonra təyyarə, üç uğursuz eniş cəhdindən sonra, start nöqtəsinə geri qayıdıb.

TodayPress TV xəbər verir ki, bu barədə “One Mile At A Time” portalı məlumat yayıb.

İnsident 24 may tarixində İsveçrədən Yunanıstana olan reys zamanı baş verib. Təyyarə Krit adasına eniş etməyə çalışsa da, güclü külək buna imkan verməyib. Pilotlar daha sonra təyyarəni Afinaya yönəltməyə qərar veriblər, lakin bu da uğursuz alınıb.

Nəticədə uçuş heyəti təhlükəsizlik məqsədilə təyyarəni ilkin çıxış nöqtəsinə qaytarmaq qərarına gəlib. Beləliklə, sərnişinlər 32 saat ərzində nə Kritə, nə də başqa bir təyinat yerinə çata bilmədən səyahəti başladığı hava limanında başa vurublar.

Hadisə yalnız iyun ayında ictimaiyyətə məlum olub və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qiymət Mahir

tag: Almaniya,Təyyarə,Səyahət,Pilot,todaypress.tv,