Avropa Zelenskinin davranışında qəribə dəyişiklik hiss edir
Dünya
05.07.2025 19:15
Ukrayna Prezidenti Volodinir Zelenski son zamanlar ABŞ Prezidenti Donald Trampa hər çıxışında təşəkkür etməyə başlayıb.
TodayPress TV xəbər verir ki, İspaniyanın “El Pais” qəzeti bu davranış dəyişikliyinin təsadüfi olmadığını yazır.
Nəşrin analizinə görə, Zelenskinin bu “tərif ritualları” Ukraynanın ABŞ-dən asılılığının bariz göstəricisidir:
“Kiyevdən gələn hər çıxış Trampa minnətdarlıqla başlayır. Bu, Ukraynanın yardım mövzusunda Vaşinqtonun yaxşı münasibətini qorumağa çalışmasından doğur. Pentaqon Ukraynaya mühüm sursatların tədarükünü dayandırdığını elan etdikdən dərhal sonra Zelenski Trampa tərif dolu videomüraciət ünvanlayıb.
Qeyd edək ki, Zelenski son günlərdə Trampla birbaşa hərbi əməkdaşlıq, pilotsuz uçuş aparatlarının birgə istehsalı və texnoloji layihələr barədə müzakirələr apardığını da bildirib.
Qiymət Mahir
tag: Ukrayna,Zelenski,Avropa,ABŞ,Todaypress.tv,