Argentinada həlledici parlament seçkiləri keçirilir

Dünya

26.10.2025 11:30

Argentinada bu gün parlament seçkiləri keçirilir.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, seçicilər Nümayəndələr Palatasındakı 257 yerdən 127-si və Senatdakı 72 yerdən 24-ü üçün səs verəcəklər.

Təxminən 36 milyon seçici 24 ştatda qurulmuş məntəqələrdə səsvermədə iştirak edəcək. 18-70 yaş arası vətəndaşlar üçün səsvermə məcburidir, 16-17 yaşlılar və 70 yaşdan yuxarı olanlar üçün isə könüllüdür.

Seçkilər Prezident Xavyer Mileinin rəhbərlik etdiyi “İrəliyən Azadlıq” koalisiyası ilə müxalif “Vətən Gücü” bloku arasında gedir. Hakim partiya qələbə qazanacağı halda Konqres üzərində nəzarət əldə edərək islahatlarını sürətləndirməyi planlaşdırır.

Ekspertlər bu seçkilərin həm Milei hökumətinin gələcəyi, həm də ABŞ-Argentina münasibətləri baxımından böyük əhəmiyyət daşıdığını bildirirlər.

Jalə Rövşən 

TodayPress TV

tag: Argentina,Parlament seçkiləri ,Xavyer Milein,ABŞ,Todaypress.tv,