“AN-24”ün göyərtəsində olanların hamısı ölüb – YENİLƏNDİ3
Dünya
24.07.2025 11:32
İlkin məlumatlara görə, qəzaya uğrayan An-24 təyyarəsində sağ qalan yoxdur.
TodayPress TV xəbər verir ki, bu barədə təcili xidmətlər məlumat verib.
Təyyarənin qalıqları Tinda şəhərindən 15 kilometr aralıda, dağlıq və çətin keçilən ərazidə tapılıb. Qalıqları Mi-8 helikopteri aşkar edib. Hazırda xilasedicilər qəza yerinə yola düşüb.
Təyyarədə 43 sərnişin (o cümlədən 5 uşaq) və 6 ekipaj üzvü olduğu bildirilib.
Türkan İsgəndərli
***
10:55
Rusiyada radarlardan itən “AN-24” sərnişin təyyarəsinin qalıqları tapılıb.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Axtarış tədbirləri zamanı Federal Hava Nəqliyyatı Agentliyinin Mi-8 helikopteri yanan təyyarənin gövdəsini aşkar edib. Xilasedicilər hadisə yerinə gedirlər", - idarədən bildirilib.
Aysel Mətləb
***
10:33
Rusiyanın İstintaq Komitəsinin Şərq Nəqliyyat İdarəsinin mətbuat xidmətinin məlumatına görə, Amur vilayətində itkin düşən "An-24" sərnişin təyyarəsi ilə bağlı cinayət işi başlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Bəyanatda bildirilib ki, Tında nəqliyyat üzrə istintaq şöbəsi tərəfindən Rusiya Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsi üzrə cinayət işi açılıb.
Töhfə Səməd
***
09:47
Rusiyanın Amur vilayətində "An-24" tipli sərnişin təyyarəsi ilə əlaqə itib.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" agentli məlumat yayıb.
Təyyarənin göyərtəsində 46 nəfərin olduğu bildirilib.
Hazırda operativ xidmətlər hadisə ilə bağlı araşdırmalara başlayıb.
Töhfə Səməd
tag: Rusiya,Amur,An-24,Təyyarə,Todaypress.tv,