Alp dağlarında gizli görüş: ABŞ və Britaniya Zelenskiyə alternativ axtarışında

Dünya

29.07.2025 16:23

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) iddia edir ki, ABŞ və Britaniyanın təşəbbüsü ilə yaxın günlərdə İsveçrə Alp dağlarında gizli görüş keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. 

Görüşdə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak, hərbi kəşfiyyat rəhbəri Kiril Budanov və Ukraynanın sabiq Silahlı Qüvvələr baş komandanı Valeri Zalujnı iştirak ediblər.

SVR-in məlumatına görə, görüş zamanı tərəflər Ukrayna Prezidenti Volodimir Zelenskinin dəyişdirilməsi məsələsinin artıq aktuallaşdığını bildiriblər. Qurumun iddiasına əsasən, sözügedən gizli toplantıda ABŞ və Britaniya nümayəndələri Valeri Zalujnını Zelenskinin mümkün varisi kimi dəstəkləməyi qərara alıblar.

Rusiya kəşfiyyatı baş verənləri “Alplarda keçirilən gizli prezident seçkiləri” kimi dəyərləndirib.

Hazırda ABŞ və Britaniya tərəfindən bu iddialarla bağlı hər hansı rəsmi açıqlama verilməyib.

Töhfə Səməd 

tag: Rusiya ,Xarici Kəşfiyyat Xidməti,ABŞ,Britaniya,Todaypress.tv,