Almanların yarıdan çoxu Lyayenə etiraz edir: ABŞ ilə razılaşma narazılıq doğurdu

Dünya

02.08.2025 19:15

ABŞ ilə imzalanan yeni ticarət razılaşmasından sonra Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin fəaliyyəti Almaniyada tənqid olunub.

TodayPress TV xəbər verir ki, “Bild” jurnalının yaydığı sorğu nəticələrinə görə, almanların 51%-i Leyenin fəaliyyətindən narazıdır. 

Onu dəstəkləyənlərin sayı 31%, mövqeyini bildirə bilməyənlər isə 18% təşkil edib.

Bundan başqa, respondentlərin 66%-i yeni tariflərin Almaniya iqtisadiyyatına mənfi təsir göstərəcəyini düşünür. Yalnız 14% razılaşmadan müsbət nəticə gözləyir, 10% isə heç bir dəyişiklik olacağını düşünmür.

Sorğuda təxminən min nəfər iştirak edib.

Qeyd edək ki, 28 iyulda ABŞ və Avropa İttifaqı arasında ticarət razılaşması imzalanıb. Razılaşmaya əsasən, Aİ ABŞ-dən 750 milyard dollarlıq enerji resursu alacaq, bu ölkəyə 600 milyard dollar həcmində sərmayə qoyacaq və ABŞ silahı alacaq. Əvəzində Vaşinqton Avropa mallarına tətbiq etdiyi tarifləri 30%-dən 15%-ə endirəcək.

Fransa Prezidenti Emmanuel Makron bu razılaşmanın “Avropanın yetərincə ciddiyə alınmadığını” göstərdiyini bildirib.

Qiymət Mahir

tag: Ursula fon der Lyayen,Avropa Komissiyası,Tramp,Etiraz,Todaypress.tv,