Almaniya Ukrayna üçün “Patriot” sistemləri almağa çalışır

Dünya

05.07.2025 11:05

Almaniya hökuməti ABŞ-dən Ukraynanın müdafiəsi üçün “Patriot” hava hücumundan müdafiə sistemləri almaq məqsədilə intensiv danışıqlar aparır.

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb. 

Bildirilir ki, Almaniyanın yeni kansleri Fridrix Merts Kiyevə açıq dəstəyini ifadə etməklə yanaşı, 4 iyulda ABŞ Prezidenti Donald Trampla da telefon danışığı aparıb. Söhbətdə əsas müzakirə mövzusu Ukraynanın hava hücumlarından müdafiə qabiliyyətinin artırılması olub.

Mənbənin bildirdiyinə görə, Almaniya “Patriot” sistemlərinin əldə olunması istiqamətində intensiv səylər göstərir. Bununla belə, Tramp söhbət zamanı ABŞ tərəfindən Ukraynaya silah ötürülməsi ilə bağlı hər hansı öhdəlik götürməkdən imtina edib.

Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius da təsdiqləyib ki, kansler son günlərdəki telefon danışıq və diplomatik təmaslar zamanı Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini qətiyyətlə müdafiə edib.

Qiymət Mahir

tag: Almaniya,Ukrayna,Patriot,Raket,Todaypress.tv,