Almaniya ABŞ-nin Ukrayna prosesində iştirakını istəyir

Dünya

22.05.2025 10:44

Almaniya kansleri Fridrix Merts hökumətinin xarici siyasət prioritetlərindən biri ABŞ-nin Ukrayna sülh prosesində iştirakını təmin etməkdir. 

TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Merts bu məqsədlə Avropa ölkələri ilə ABŞ arasında texniki görüşün keçirilməsini təklif edib. Təklif mayın 19-da Avropa İttifaqı, Fransa, İtaliya, Finlandiya və Almaniya liderləri ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən telefon danışığı zamanı səsləndirilib.

Söhbət zamanı Tramp Vaşinqtonun sülh prosesindən çəkildiyini açıq şəkildə bəyan edib. O bildirib ki, Rusiya və Ukrayna arasında birbaşa danışıqlar aparılacağı təqdirdə ABŞ prosesi daha yaxından izləmək niyyətində deyil.

Türkan İsgəndərli

tag: Almaniya,Rusiya,Ukrayna,Sülh,todaypress.tv,