AİB-dən Hindistana 110 milyon dollarlıq təhsil dəstəyi
Dünya
13.06.2025 19:45
Asiya İnkişaf Bankı Hindistanın qərbində yerləşən Qucarat ştatında bacarıqların inkişafını dəstəkləmək üçün 109,97 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
TodayPress TV "Xinhua"ya istinadən xəbər verir ki, bu vəsait "Qucarat Bacarıqların İnkişafı Proqramı" çərçivəsində imkanların genişləndirilməsinə və sənayeyə uyğun kursların təşkilinə yönəldiləcək.
Proqram logistika, avtomobil sənayesi, istehsalat, informasiya texnologiyaları, bərpa olunan enerji, səhiyyə və aqro-texnologiyalar olmaqla yeddi prioritet sektoru əhatə edəcək.
Layihə çərçivəsində 11 sənaye təlim institutu yenidən qurulacaq, mükəmməllik mərkəzləri yaradılacaq və özəl təlim mərkəzləri ilə əməkdaşlıq ediləcək.
ADB bildirir ki, təşəbbüs Qucaratın texniki və peşə təhsilini modernləşdirmək və digər Hindistan ştatları üçün modelə çevirmək məqsədi daşıyır. Proqrama əsasən, 2030-cu ilə qədər 175 min sosial cəhətdən həssas şəxs təlimə cəlb olunacaq, 60 mindən çox tələbə qabaqcıl bacarıqlarla məzun olacaq və mühəndislik sahəsində qadınların təmsilçiliyi artırılacaq.
Qiymət Mahir
tag: AİB,Hindistan,Dəstək,Təhsil,Todaypress.tv,