Aİ Rusiyaya qarşı sanksiyalar paketini təxirə saldı
Dünya
16.09.2025 10:03
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketini sentyabrın 17-si təqdim etməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
"19-cu sanksiyalar paketinin təqdimatı təxirə salınıb", - deyə nəşr bildirib.
Aİ hazırda rusiyalı turistlərə girişin tamamilə qadağan olunması imkanını araşdırır. Bildirilir ki, turist vizalarının verilməsi ilə bağlı əlavə məhdudiyyətlər də 19-cu sanksiyalar paketinə daxil edilə bilər. Bundan əlavə, Brüssel Şengen vizalarının rusiyalılara verilməsi ilə bağlı yeni strategiya hazırlayır və Rusiya diplomatlarının sərbəst hərəkət imkanlarının məhdudlaşdırılmasını da nəzərdən keçirir. Moskva isə bildirib ki, Aİ-nin bu addımları cavabsız qalmayacaq.
Qeyd edək ki, Rusiyaya sərhəddə yerləşən Aİ ölkələrinin əksəriyyəti artıq viza verilməsinə ciddi məhdudiyyətlər tətbiq edib.
Aysel Mətləb
tag: Aİ,Rusiya,Sanksiya,Tətbiq,Todaypress.tv,