AEBA-nın nümayəndə heyəti Tehrana səfər edəcək

Dünya

04.08.2025 01:00

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndə heyəti gələn həftə İranın paytaxtı Tehrana səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinə texniki müfəttişlər daxil edilməyəcək, çünki danışıqların əsas diqqəti məsələni siyasi müstəvidə müzakirəyə yönələcək. Tərəflərin İran parlamenti tərəfindən qəbul edilən və agentliklə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanunun icra mexanizmlərini müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, İran Prezidenti Məsud Pəzəşkian 2 iyul tarixində AEBA ilə əməkdaşlığın dayandırılmasına dair qanunu imzalayıb. 22 iyulda İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin gələcəkdə agentlik müfəttişlərinin ölkəyə qayıtmasını istisna etmədiyini bildirib.

Töhfə Səməd 

tag: İran,AEBA,Tehran,Səfər,Todaypress.tv,