ABŞ Yaxın Şərqdəki hərbçilərinin təhlükəsizliyini təmin edəcək
Dünya
17.09.2025 14:54
ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, Vaşinqton Yaxın Şərqdə yerləşən hərbçilərinin təhlükəsizliyini qorumağa hazırdır.
TodayPress TV xəbər verir ki, Heqset “Fox News”a müsahibəsində Pentaqonun vəziyyəti real vaxt rejimində izlədiyini və bütün səviyyələrdə nəzarətdə saxladığını deyib:
“Müdafiə Nazirliyi prosesi hər an izləyir, bu gün səhər də xüsusi iclas keçirildi”.
Nazir qeyd edib ki, ABŞ regionda yaşayan və potensial təhlükə ilə üzləşə biləcək bütün vətəndaşlarını, o cümlədən hərbçilərin ailələrini qorumaq üçün addımlar atır. Onun sözlərinə görə, İraq, Suriya, Bəhreyn, Qətər və BƏƏ-dəki ABŞ bazalarında xidmət edən hərbçilərin ailələrinin könüllü olaraq ölkədən çıxmasına icazə verilib.
Qiymət Mahir
tag: ABŞ,Ordu,Təhlükəsizlik,Təmin,Todaypress.tv,