ABŞ Yaponiya ilə müqavilə imzalayır

Dünya

23.07.2025 18:13

ABŞ prezidenti Donald Tramp bildirib ki, Yaponiya ilə əldə edilən yeni ticarət razılaşması çərçivəsində Tokio ABŞ-dən milyardlarla dollar dəyərində mallar və hərbi texnika almağa razılıq verib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bu razılaşma ilk dəfə olaraq Amerika şirkətlərinə Yaponiyada avtomobil, düyü və digər kənd təsərrüfatı məhsulları bazarlarına giriş imkanı yaradacaq. Müqaviləyə əsasən, Yaponiya ABŞ iqtisadiyyatına 550 milyard dollar sərmayə qoyacaq və bu investisiyanın 90 faizi ABŞ-yə gəlir kimi qayıdacaq.

Bundan əlavə, ABŞ Yaponiyaya avtomobillər, yük maşınları, kənd təsərrüfatı məhsulları, o cümlədən düyü ixrac edəcək. Malların bir hissəsinə 15%-lik tarif tətbiq ediləcək.

Türkan İsgəndərli

tag: ABŞ,Yaponiya,Silah,Müqavilə,Todaypress.tv,