ABŞ və Kanada arasında ticarət razılaşması gözlənilir

Dünya

05.07.2025 18:30

ABŞ-nin Kanadadakı səfiri Pet Hekstr Amerika və Kanada arasında davam edən ticarət danışıqları ilə bağlı nikbin fikirlər səsləndirib. O, Ottavada ABŞ-nin Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, yaxın zamanda iki ölkə arasında yeni və qarşılıqlı faydalı razılaşma əldə olunacaq.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, səfirin sözlərinə görə, danışıqlara hər iki ölkəni təmsil edən əsas fiqurlar rəhbərlik edir — ABŞ Prezidenti Donald Tramp və Kanada Baş naziri Mark Karni:

“Onlar bu prosesi tamamlayanda, hər biri öz xalqına deyə biləcək ki, Kanada üçün əla bir razılaşma əldə etdim. Məncə, bizim prezident də deyəcək ki, ABŞ üçün mükəmməl bir razılaşma əldə etdim’”.

Hekstr əlavə edib ki, bu razılaşma hər iki ölkə üçün qazanclı olacaq və tərəflərin mövqeyini gücləndirəcək.

Qiymət Mahir

tag: ABŞ ,Kanada , Müstəqillik Günü,Donald Tramp,Mark Karni,Todaypress.tv,