ABŞ və Çin ticarət razılaşması ilə bağlı razılığa gəldilər

Dünya

11.06.2025 10:06

ABŞ və Çin nadir torpaq metallarına tətbiq olunan tariflərin və ixrac məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı razılıq əldə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, ümumi razılaşmalar hələ də məhdud irəliləyişlə müşahidə olunur.

ABŞ-nin ticarət naziri Hovard Lutnikin sözlərinə görə, 10 iyun tarixində Londonda keçirilən danışıqlarda iyun ayında Cenevrədə əldə edilən qarşılıqlı tariflərin yumşaldılması ilə bağlı razılaşmalar konkretləşdirilib. Bu razılaşmalar 100%-dən çox tarifin aradan qaldırılmasını nəzərdə tutur.

Bununla belə, prosesin gedişi Çinin kritik mineralların ixracına məhdudiyyətlər qoyması ilə çətinləşib. Bu addım, öz növbəsində, ABŞ-nin Çinə qarşı texnologiya ixracı məhdudiyyətləri tətbiq etməsinə gətirib çıxarıb.

Türkan İsgəndərli

tag: ABŞ,Çin,Ticarət,Razılaşma,todaypress.tv,