ABŞ və Aİ arasında ticarət gərginliyi

Dünya

25.07.2025 09:53

ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Avropa İttifaqı (Aİ) ilə ticarət sazişi və ya Aİ mallarına 30%-lik tariflər tətbiq edib-etməyəcəyinə qərar verəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. 

Bir gün əvvəl Tramp ABŞ ilə Aİ arasında aparılan ticarət danışıqlarını müsbət qiymətləndirib və bildirib ki, tərəflər sazişin şərtləri ilə bağlı ciddi müzakirələr aparır.

Hazırda Avropa mallarına, o cümlədən polad, alüminium və avtomobillərə 10% tarif qüvvədədir. Tramp isə avqustun 1-dən etibarən bu tariflərə əlavə olaraq bütün Aİ idxalına 30% tarif tətbiq olunacağını elan edib.

Buna cavab olaraq Avropa Komissiyasının sədri Ursula fon der Lyayen avqustun 1-dək razılaşma əldə olunmasına çağırıb. Avropa Ticarət Komissarı Maroş Şefçoviç isə bildirib ki, danışıqlar nəticə verməzsə, ABŞ-dən idxal edilən 72 milyard avro dəyərindəki mallara qarşı cavab tarifləri tətbiq oluna bilər.

Türkan İsgəndərli

tag: ABŞ,Tramp,Aİ,Tarif,Todaypress.tv,