ABŞ ordusunda saqqala görə cəzalar sərtləşdirilir
Dünya
29.06.2025 18:30
ABŞ-də bəzi əsgərlər saqqal qırxandan sonra dəri qıcıqlanması – yəni psödofolikulit – yaşayır. Xüsusilə qaradərili kişilər arasında bu problem daha çox yayılıb. Yeni qaydalara görə, bu narahatlığı olan əsgərlər məcburi lazer epilyasiyasına göndəriləcək. Lazerə razı olmayanlar isə ordudan uzaqlaşdırıla bilər.
TodayPress TV xəbər verir ki, bu haqda "Military.com" saytı ABŞ ordusundakı mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, iki il ərzində 12 aydan çox müddətə saqqal qırxmamaq icazəsi alan hərbçilər işdən çıxarıla bilər.
Həkimlər xəbərdarlıq edir ki, lazer epilyasiyası qaradərililərdə çapıq və dəri rəngində dəyişikliklərə səbəb ola bilər. Buna görə də yeni qərar irqi ayrı-seçkilik kimi qiymətləndirilir.
Yeni qaydaların yaxın həftələrdə tətbiq olunacağı gözlənilir.
Qiymət Mahir
tag: ABŞ,Ordu,Saqqal,Cəza,Todaypress.tv,