ABŞ-də milli qürur hissi rekord səviyyədə azaldı

Dünya

30.06.2025 16:42

Amerikalıların öz ölkələri ilə fəxr etmə səviyyəsi rekord həddə enib.

TodayPress TV xəbər verir ki, bu barədə "Gallup" şirkətinin rəsmi saytında dərc olunan sorğunun nəticələrində bildirilib.

Sorğuya əsasən, ABŞ-də yaşayan yetkinlərin cəmi 58%-i özlərini “çox” (41%) və ya “yüksək dərəcədə” (17%) amerikalı olmaqdan qürur duyan kimi qiymətləndirib. Bu göstərici ötən illə müqayisədə 9 faiz bəndi azalıb.

Demokratlar arasında ölkələri ilə qürur duyanların nisbəti cəmi 36% olub – bu da keçən illə müqayisədə 26% azalma deməkdir. Respublikaçılar arasında isə əksinə – 92%-i qürur hissi yaşadığını bildirib, bu da 7% artım deməkdir.

Mütəxəssislər hesab edirlər ki, bu parçalanmada ABŞ-nin xarici siyasətindəki dəyişikliklər mühüm rol oynayıb. Donald Trampın hakimiyyətə gəlməsi ilə ABŞ Ukraynaya silah yardımını dayandırıb və bu, ictimai rəyin ciddi şəkildə dəyişməsinə səbəb olub.

Qiymət Mahir

tag: Donald Tramp,ABŞ,Amerika,Ukrayna,Todaypress.tv,