ABŞ-də aksiyada 1 nəfər öldürüldü
Dünya
16.06.2025 11:03
ABŞ-nin Yuta ştatının Solt Leyk Siti şəhərində keçirilən “No Kings” adlı etiraz aksiyası zamanı güllə yarası alan bir nəfər ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə şəhər polis idarəsi məlumat yayıb.
Polisin açıqlamasına görə, həlak olan şəxs – 39 yaşlı Yuta sakini Artur Folasa Ah Loo hadisə yerində təsadüfən güllələnib.
Qeyd edək ki, atışma iyunun 14-də axşam saatlarında şəhərin mərkəzində yaxınlığında baş verib.
Təxminən 10 min nəfərin qatıldığı aksiya ABŞ prezidenti Donald Tramp administrasiyasına qarşı keçirilən etiraz yürüşlərinin bir hissəsi olub. Yuta ştatında və ABŞ-nin digər şəhərlərində də oxşar nümayişlər baş tutub.
Aksiya əsasən dinc şəraitdə keçsə də, axşam saatlarında zorakılıq baş verib.
Bildirilib ki, həmin gün günorta saatlarında Minnesota ştatından olan Demokrat ştat qanunvericisi qəsdən hədəf alınaraq güllələnərək öldürülüb, daha bir nəfər isə yaralanıb.
Töhfə Səməd
tag: ABŞ,Solt Leyk Siti,No Kings,Etiraz,Aksiya,todaypress.tv,