ABŞ Avropadakı ordusunun maliyyələşdirilməsini azaldacaq

Dünya

10.09.2025 10:12

ABŞ Müdafiə Nazirliyi 2026-cı ildə Avropada yerləşən Amerika qoşunlarının döyüş hazırlığının maliyyələşdirilməsini 15 dəfə azaltmağı planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə “RIA” məlumat yayıb.

Agentliyin məlumatına görə, bu azalma “Army Prepositioned Stocks-2” (APS-2) proqramının Avropa seqmentinə aid sənədlərində əks olunub. Sözügedən proqram ABŞ-nin Avropadakı öncədən yerləşdirilmiş hərbi ehtiyat anbarlarının təchizatını təmin edir. Maliyyələşdirmə isə artıq 4 ildir ki, davamlı olaraq azalmaqdadır. 

2023-cü ildə bu proqrama 495 milyon dollar ayrılmışdı, 2024-cü ildə bu məbləğ 251,7 milyon dollara enib. 2025-ci ildə 116,9 milyon dollar, 2026-cı ildə isə cəmi 33,4 milyon dollar təşkil edəcək.

Gələn ilə aid büdcə layihəsində göstərilir ki, bu ixtisarlar Pentaqon rəhbəri Pit Heqsetin imzaladığı memoranduma əsaslanır. Memorandumda orduya köhnəlmiş proqramların ləğvi və yüksək texnologiyalı layihələrin prioritet elan edilməsi tapşırılıb. O, həmçinin APS-2 proqramının “dəstək rejiminə” keçirilməsini əmr edib.

Bu qərar özlüyündə ABŞ-nin Avropadakı hərbi mövcudluğuna dair yeni yanaşmaların formalaşdığını göstərir.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Avropa,Ordu,Maliyyə,Todaypress.tv,