400 ildir yoxa çıxan tablo təsadüfən tapıldı
Dünya
11.09.2025 19:30
1613-cü ildən bəri tapılmayan flamand rəssamı Peter Paul Rubensin “Çarmıxda İsa” əsəri Parisin 6-cı bölgəsində yerləşən dəbdəbəli malikanədə təsadüfən aşkar edilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, əsərin orijinallığı flamand sənəti sahəsində dünyanın ən nüfuzlu mütəxəssislərindən biri olan professor Nils Büttner tərəfindən təsdiqlənib. 105,5 x 72,5 sm ölçüdə olan bu tablo Rubensin Barok dövrünün ən güclü nümunələrindən biri sayılır.
Tabloda Qolyat qayalıqları və yaşıl fon önündə çarmıxa çəkilmiş İsa təsvir olunur. Arxa planda isə fırtına altında olan Qüds şəhərinin görünüşü əsərə dramatik bir atmosfer bəxş edir. 19-cu əsrdə məşhur fransız rəssamı Uilyam Buqeronun sahib olduğu tablo, sonradan Parisdəki malikanənin sahiblərinin kolleksiyasında on illərlə gizli qalıb.
Qeyd edək ki, əsər 30 noyabrda hərraca çıxarılacaq. Sənət bazarı üzrə ekspertlər tablonun dəyərinin on milyonlarla avro ola biləcəyini bildirirlər.
Aysel Mətləb
tag: 400 il,Tablo,Tapılma,Əsər,Todaypress.tv,