Xarici ölkədə verilmiş akkreditasiya sənədinin təqdim edilmə müddəti artırıldı

Daxili siyasət

06.08.2025 14:23

Nazirlər Kabineti 30 may 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətini razılaşdırma Qaydası”nda dəyiliklik edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra uyğunluğu qiymətləndirən quruma xarici ölkədə verilmiş akkreditasiya sənədinin qüvvədə olduğu halda fəaliyyətin razılaşdırılması haqqında qərar qəbul ediləcək və fəaliyyətin razılaşdırılması haqqında attestat tərtib edilərək 2 iş günü müddətində müraciət etmiş quruma təqdim olunacaq.

Bundan başqa, uyğunluğu qiymətləndirən quruma xarici ölkədə verilmiş akkreditasiya sənədinin qüvvədə olmaması müəyyən edildikdə, fəaliyyətin razılaşdırılmasından imtina haqqında qərar qəbul ediləcək və qərarın surəti 2 iş günü müddətində müraciət etmiş quruma göndəriləcək.

İndiyə qədər həmin müddətlər 1 gün idi.

tag: Azərbaycan,Baş Nazir,Əli Əsədov,Qərar,TodayPress.tv,