Prezident Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak etdi
Daxili siyasət
28.10.2025 18:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib.
TodayPress TV xəbər verir ki, Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103 ədəddir. Bunlar 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu “Townhouse” tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilib.
Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə kombilər quraşdırılıb. Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Park Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Parkın ərazisi 5 funksional zonaya bölünüb. Bu zonalarda uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün bütün şərait yaradılıb. Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilib.
x x x
Sonra Prezident İlham Əliyev Məmmədbəyli kəndinin açılışında iştirak edib.
Dövlətimizin başçısına kənddə yaradılan şərait barədə məlumat verildi.
Bildirildi ki, kəndin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub. İnzibati binalarda, eləcə də keçid və istinad divarlarında zövqlə işlənmiş rəsmlər çəkilib. Bu isə kəndin ümumi görünüşünə əlavə çalarlar qatır. Məmmədbəyli kəndi Ağalı kəndinə çox yaxın məsafədə yerləşdiyindən iqtisadi səmərəliliyin təmin olunması məqsədilə bu kəndləri birləşdirən keçid inşa edilib ki, bu da 360 şagird yerlik Ağalı kənd tam orta məktəbindən, 60 yerlik uşaq bağçasından, Ailə sağlamlıq mərkəzindən, məişət xidməti obyektindən, xidmətlər mərkəzindən, aptekdən, bazar kompleksindən və digər qeyri-yaşayış təyinatlı obyektlərdən istifadənin rahatlığını təmin edəcək.
Kənddə yaradılmış şəraitlə tanış olandan sonra dövlətimizin başçısı Məmmədbəyli və Ağalı kəndlərinə köçən sakinlərlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.
tag: Prezident, İlham Əliyev ,Zəngilan,Ağalı,Todaypress.tv,
 
                                             
                                             
                                             
        
 
                                ![Gələn ilin büdcə layihələrinin [[Prezidentə təqdim edilməsinə]] qərar verildi](/uploads/news/68d525c616f12.webp) 
                                            ![[[İlham Əliyev:]] "Şəhid olmuş media nümayəndələrimizin şücaəti və qəhrəmanlığı heç zaman unudulmayacaq"](/uploads/news/687fb64d64074.webp) 
                                            ![Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümü ilə bağlı tədbirlər keçirildi [[- VİDEO]]](/uploads/news/68a320e7a1a7c.webp) 
                                            ![Torpaq üzərində [[hüquqların qeydiyyatından imtina üçün]] hüquqi əsaslar təsdiq edildi](/uploads/news/6874bf3eb9d44.webp) 
                                            ![Gömrük borcunun [[ödənilməsinə dair yeni qayda]] tətbiq olunacaq](/uploads/news/685a5e924013f.webp) 
                                            ![Hikmət Hacıyev [[Laçından görüntülər]] paylaşdı](/uploads/news/6836d2b3c9491.webp) 
                                            ![COVID xəstələrinə yardım göstərən [[tibb işçilərinin maaşlarına əlavənin müddəti]] uzadıldı](/uploads/news/6880a2fd1ff7b.webp) 
                                            ![Lənkəranda yolların təmirinə 1.5 milyon manat ayrıldı [[- SƏRƏNCAM]]](/uploads/news/689afc7a9beb6.webp) 
                                            ![Məktəbəqədər təhsilin əhatə dairəsi [[genişləndiriləcək]]](/uploads/news/6874b786a3a48.webp) 
                                            ![Təminat Fonduna [[yeni səlahiyyət]] veriləcək](/uploads/news/685a747e1f032.webp) 
                                            