Mədəniyyət Nazirliyinə yeni vəzifələr verildi
Daxili siyasət
31.07.2025 13:26
Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı yeni vəzifələr verilib.
TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.40-1-ci və 3.1.40-2-ci yarımbəndlər əlavə edilsin:
“3.1.40-1. müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək;
3.1.40-2. Azərbaycan dilinin inkişafının təmin edilməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycan Respublikasında tanıdılması və təbliği işini həyata keçirmək;”.
Eyni zamanda Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının yeni tərkibi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.
tag: Prezident,İlham Əliyev,Fərman,İmza,Todaypress.tv,