MDB-də cinayətkarlığa qarşı mübarizədə vahid mərkəzin yaradılması təklif olundu
Daxili siyasət
22.08.2025 11:41
MDB-də cinayətkarlığa qarşı mübarizədə vahid mərkəzin yaradılması təklif olunub
TodayPress TV xəbər verir ki, bunu Laçında Baş Prokurorluq tərəfindən beynəlxalq konfransda MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov deyib.
Onun sözləri görə, müasir dövr həm cəmiyyətin, həm də prokurorluq orqanlarının qarşısında yeni çağırışlar gətirir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, mülkiyyət hüquqları sahəsində pozuntular – bütün bunlar dövrün çağırışlarıdır və prokurorluq bu təhlükəli təzahürlərlə mübarizənin ön cəbhəsində dayanır.
“Kiberməkanda baş verən cinayətkarlıqla mübarizənin vacibliyini xüsusilə vurğulamaq istəyirəm. Kibercinayətkarlıq inkişaf etmiş ölkələrdən inkişa fetməkdə olan ölkələrə qədər demək olar ki, bütün dövlətlərin bəlasına çevrilmişdir, vətəndaşlardan – ən zənginindən ən kasıbına qədər, onun hədəfi isə maddi vəziyyətindən asılı olmayan bütün vətəndaşlar, həmçinin korporasiyalar və hətta bütöv dövlətlərdir! Biz hamımız kibercinayətkarlarla mübarizəsahəsində uğurlu təcrübələrin, məlumatların mübadiləsi, MDB-yə üzv dövlətlərin prokurorluq əməkdaşlarının qarşılıqlı ixtisasartırması istiqamətində səylərimizi birləşdirməliyik.
Cinayətkarlığa qarşı mübarizədə həmkarlarım üçün müxtəlif ölkələrin qanunvericiliklərini və təcrübələrini öyrənmək imkanını verən vahid mərkəzin yaradılması məsələsini qaldırmağı zəruri hesab edirəm”.
Qeyd edək ki, Laçında Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilir. Baş prokuror Kamran Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani, Baş Prokurorluğun rəhbər heyəti, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri, ərazi və ixtisaslaşdırılmış prokurorlar, eləcə də digər qonaqlar iştirak edirlər.
tag: Baş prokurorluq,Konfrans,Tədbir,Yuri Jdanov,Todaypress.tv,
 
        
 
                                ![[[Leyla Əliyevanın təşəbbüsü ilə]] "Explore Azerbaijan with IDEA" layihəsi fəaliyyətə başlayıb](/uploads/news/68c844baf4072.webp) 
                                            ![[[Milli Məclis]] Anım Günü ilə bağlı bəyanat qəbul etdi](/uploads/news/68db901f0a2db.webp) 
                                            ![[["Dövlət xidmətləri haqqında"]] yeni qanun layihəsi qəbul edildi](/uploads/news/68e8ce08a8ee8.webp) 
                                            ![Qarabağdakı [[tarix və mədəniyyət]] abidələrinin statusu müəyyənləşdi](/uploads/news/6866787061d8b.webp) 
                                            ![Ali Məclis sədri [[Naxçıvan MR-in ali vəzifəli şəxsi]] sayılmayacaq](/uploads/news/68551a04e4968.webp) 
                                            ![[[Prezident İlham Əliyev]] “BakuBus” MMC-nin Gəncə Avtoparkının açılışında iştirak etdi](/uploads/news/68d7a8917167b.webp) 
                                            ![Statistika sahəsində çalışan işçilər təltif edildi [[- SƏRƏNCAM]]](/uploads/news/68f5ea3dde768.webp) 
                                            ![Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirilib, Prezident və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər- [[YENİLƏNDİ]]](/uploads/news/68d986ca0a9e7.webp) 
                                            ![Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Xankəndidə yerləşəcək [[- FƏRMAN]]](/uploads/news/68b024ce2f68b.webp) 
                                            ![[[Prezident]] Cəbrayıl şəhər məscidinin təməlini qoydu](/uploads/news/6900ab5225139.webp) 
                                            