Kazino oyunları ilə bağlı əməliyyatlar maliyyə sahəsində aid olmayacaq
Daxili siyasət
18.06.2025 14:17
Azərbaycanda kazino oyunlarının təşkilatçısı müştəri uyğunluğu tədbirlərini, müştərinin kazinoda həyata keçirdiyi hər bir maliyyə əməliyyatının onun barəsində bu tədbirlər çərçivəsində əldə edilmiş məlumat və sənədlərlə əlaqələndirilməsinə imkan verəcək qaydada həyata keçirməli olacaq.
TodayPress TV xəbər verir ki, bununla bağlı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda dəyişlik edilməsi təklif olunur.
Müvafiq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, bu halda kazinolarda yalnız çiplər və yaxud tokenlər istifadə edilməklə aparılan kazino oyunları ilə bağlı əməliyyatlar maliyyə sahəsinə aid edilməyəcək.
Bundan başqa, kazino oyunlarının təşkilatçısına və operatoruna münasibətdə bu qanunun 4.8-ci maddəsinin tələbləri müştəri 3 min manat və yaxud daha artıq məbləğdə maliyyə əməliyyatları həyata keçirdikdə tətbiq ediləcək. Həmin maddə xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisinin eyniləşdirilməsi və eyniləşdirmə məlumatlarının verifikasiyasını nəzərdə tutur.
tag: Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,Todaypress.tv,
 
        
 
                                ![Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul etdi [[- YENİLƏNDİ]]](/uploads/news/683d7ddcdde4a.webp) 
                                            ![Şəxsiyyət vəsiqəsində [[əks olunan məlumatların tərkibi]] yenilənəcək](/uploads/news/6874bb9a2b106.webp) 
                                            ![Büdcə xərclərinin [[inzibati təsnifatında]] dəyişiklik edildi](/uploads/news/686e77355f5f1.webp) 
                                            ![[[Prezident İlham Əliyev]] Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak etdi](/uploads/news/687a1293eafad.webp) 
                                            ![Borcluya [[üzərinə həbs qoyulan əmlakı satmaq üçün]] 2 ay möhlət veriləcək](/uploads/news/6874bc3888ec9.webp) 
                                            ![[[Prezident:]] Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib](/uploads/news/687faafcdf375.webp) 
                                            ![[[Prezident İlham Əliyev]] Xocalının Daşbulaq kəndində tut bağında görülmüş işlərlə tanış oldu](/uploads/news/68c7aa7dd55d6.webp) 
                                            ![[[Azərbaycan və Şimali Makedoniya]] arasındakı viza haqqında sazişi ratifikasiya edildi](/uploads/news/68565fb198f15.webp) 
                                            ![[[Prezident]] Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak etdi](/uploads/news/687a0601a71cc.webp) 
                                            ![[[Prezident:]] “8 Noyabr” Elektrik Stansiyası Mingəçevirin Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək](/uploads/news/685a5a3029512.webp) 
                                            